P.Vindsor indidən Leklerə əvəzləyivi tapıb

F-1.az xəbər verir ki, nüfuzlu Formula1 jurnalisti yaxın gələcəkdə komandalarda baş verə biləcək mümkün sürücü dəyişikliklərindən bəhs edib.

Piter Vindsor: “İnanıram ki, Əgər Həmilton Mercedes-dən gedərsə Toto Volff Leklerki transfer etməyə çalışacaq. Fərz edək ki, Lekler Həmiltonu əvəzləyir, bəs Ferrari nə edəcək? Məncə onlar da Lando Norrisin arxasınca gedəcəklər. Düşünürəm ki, britaniyalı üçün Ferrari-dən imtina etmək çətin olacaq, ona görə də McLaren-lə olan müqavilə ilə bağlı mümkün problemlər də həllini tapacaq.

Düşünürəm ki, Norrisin Ferrari-də yaxşı şansı olar. O, Həmiltondan siqnal gözləməlidir. Lyuis ayrılacağını açıqlayanda Lando hazırlaşa bilər. Məncə Ferrari variantı onun üçün Ferstappenin olduğu Red Bull-dan daha cəlbedici olardı. Beləliklə, Norris Ferrari və Mercedes arasında seçim edəcək. Güman edirəm ki, Qasli də bu barədə düşünür…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*