S.Vandorn: “Yeddincilik xoş sürpriz oldu”

McLaren komandasının gənc sürücüsü Stoffel Vandorn bildirib ki, 7-ci yeri tutduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, belçikalı sürücü Malayziyada sıralanma turunda gözlənilmədən komanda yoldaşı Alonso qabaqlayaraq, 7-ci olub və ən yaxşı sıralanma turu nəticəsini əldə edib.

Stoffel Vandorn: “Bu qədər yüksək nəticə gözləmirdik. Üçüncü sessiyaya qalmaq istəyirdik, amma 7-ci yer xoş sürpriz oldu.Əslində sıralanma turu əla keçdi. Səhv etmədim və nəticəmi davamlı yaxşılaşdırdım. Bu cür trasda 7-ci olmaq bizim üçün əladır. Performansımdan razıyam. Görək yarışda nə olur. Məncə, çətin olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*