16 Noyabr 2019, Şənbə - 03:39

S.Vandorn: “Seçim çoxdur”

S.Vandorn: “Seçim çoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

20:34 - 21 May, 2016

Stoffel Vandorn inanır ki, 2017-ci ildən etibarən McLaren-də və ya başqa komandada Formula1-də çıxış edə bilər.

F-1.az xatırladır ki, GP2 seriyasının sonuncu çempionu Bəhreyndə Alonsonun əvəzinə trasa çıxaraq, Formula1-də debüt etmişdi. Belçikalı sürücü ilk yarışında 10-cu yeri tutaraq, 1 xal qazanmışdı.

Bu il McLaren-də ehtiyat və test sürücü olan Vandorn əmindir ki, 2017-ci ildə Formula1-də yarışacaq: “Nə olacağını bilmirəm. Bəzi şeylərin nə vaxt olacağını öyrənmək istəyirəm, amma indi heç bir şey bilmirəm.

Ron və Erik ilə zavodda yarışlar barədə çox danışırıq. Əlimdən gələni edirəm ki, komanda inkişaf etsin.

Bəhreyndə yarışmaq mənə bir az kömək etdi. Amma hazırda heç bir qərar verilməyib. Ümid edirəm ki, bu qərar əvvəl-axır verilər.

Gələn il üçün başqa seçimlərim də var. Gələcəyə görə əminəm.

McLaren ilə müqaviləm var və uzun müddətdir ki, buradayam. Buna görə də McLaren-lə yarışmaq ilk seçimim olacaq. Əgər McLaren olmasa, digər seçimlərə baxacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 453
Teqlər , , ,
Paylaş

logo