S.Fettel: “Şənbə günü güclü olacağıq”

Sinqapurda bərbad cümə günü keçirən Sebastyan Fettel şənbə günü daha güclü olacaqlarına inanır.

F-1.az xatırladır ki, Fettel lider Rikkardodan 2.2 saniyə geridə qalaraq, 11-ci yeri tutub.

Sebastyan Fettel: “Bizim üçün ideal bir gün deyildi. Baryerlərə toxunduqdan sonra davam edə bildiyim üçün şanslıyam. Boliddə istədiyim kimi balans yox idi və hər şey tərsinə döndü. Burada balans çox vacibdir və əgər onu tapa bilməsəniz, özünə olan inamınız azalar. Amma sabah doğru sazlanmaları tapıb, bolidi sıralanma turuna qədər hazır edəcəyik. Bolidimiz və tempimiz yaxşıdır. Bu, yarış bizim üçün önəmlidir və yarışda səhv etməyin yeri yoxdur. Ümid edirəm ki, problemsiz həftəsonu keçirərik. Bu gün iki bolidlə də istədiyimiz yerdə deyildik. Hazırlaşmağımız üçün vaxtımız var və əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*