S.Fettel: Səkkizincilik əladır

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, səkkizinci yer əla nəticədir.

F-1.az xatırladır ki, almamiyalı sürücü yarışa 10-cu yerdən başlasa da, yekunda 8-ci yeri tutub və komandasına vacib xallat qazandırıb.

Sebastyan Fettel: “Səkkizinci yer əla nəticədir. İkinci pit-stopun vaxtə bir az pis oldu. Pyerin arxasında trasa qayıtdım və vaxt itirdim. Bununla da Esteban məni keçdi.

Yarışda sıralanma turuna nisbətən güclü idik. Yaxşı başladıq və daha sonra tempimiz yaxşı idi. Hər iki Alpine-i təzyiq altında saxladım və yeddinci yer mümkün idi. Bu xalları da qəbul edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*