S.Abitebul: “Problemlər əsəbpozucudur”

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Bəhreyn yarışındakı problemlər qəbuledilməzdir.

F-1.az xatırladır ki, həm Hülkenberq, həm də Rikkardo yarışın son dövrələrində mübarizəni dayandırıblar. Bəhreyndən xalsız ayrılan Fransa komandası Mühəndislər Kubokunda 9-cu pilləyə yuvarlanıb. Mühərrik xalları sıralanmasında isə sonuncudurlar.

Siril Abitebul: “Gərgin keçən qış tətilindən sonra mövsümə çox pis başladıq. Melburnda da elektrik probleminə görə sıralanma turunda geri qalmışdıq. Bu problemləri daha əvvəl yaşasaq da, Bəhreyndə həll edə bilmədik. Bunlar get-gedə əsəbpozucu olurlar. İki bolid həm vahid, həm də yarış tempində güclü idi. Niko 17-ci yerdən 6-cı yerə yüksəlmişdi. Danielin yarış tempi isə güclü idi. Amma strategiyada oynadığımız qumar tutmadı. Etibarsızlıq problemlərini həll etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*