20 Mart 2019, Çərşənbə - 11:23

S.Abitebul: “Çox yaxşı başladıq”

S.Abitebul: “Çox yaxşı başladıq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 31 Mart, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, ilk yarışda problem yaşamadıqları üçün sevinclidir.

F-1.az xatırladır ki, Renault mühərrikləri keçən il çoxsaylı etibarlılıq problemi yaşasalar da, bu il mövsümün ilk yarışında 6 bolidlə də xal qazana biliblər. Bundan başqa “sarılar” 2016-cı ildə idmana qayıtdıqdan sonra ilk dəfə hər iki bolidlə xal qazanıblar.

Siril Abitebul: “Renault komandasında və hər iki müştərimizdə etibarlılıq problemi yaşamadıq. Komandanın performansı gözlədiyimiz kimi idi. Nəticə yaxşı idi. Formula1-ə qayıtdıqdan sonra ilk dəfə iki bolidlə xal aldıq. Nəticədən razı olmalıyıq. İlk yarış cəsarətverici idi. Onluq arasındakı fərqlərə nəzarət etməliyik. Doğru yöndə inkişaf edirik. Bəhreyndə də problemsiz həftəsonu keçirməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 214
Teqlər , , ,
Paylaş

logo