Roman Qrojan: Formula1 laboratoriya olaraq qalmalıdır

Formula1 həmişə inovativ həll yollarının sınağı üçün meydança olub.

F-1.az bildirir ki, bunu Haas komandasının sürücüsü Roman Qrojan bildirib.

“Formula1 avtoidmanın ən üst pilləsidir. Bu cür yüksəkliyə çatmaq həmişə asan olmur. Formula1-ə həmişə ən yaxşı pilotlar daxil olmalıdır. Ən sürətli və çətin idarə olunan maşınlar buradadır. Bəzən onları idarə etmək olduqca çətin görünür, lakin Formula1 gələcəkdə avtomobillərin kütləvi istehsalında istifadə olunacaq həll yollarının sınaqdan keçirildiyi laboratoriya olaraq qalmalıdır”, – deyə Qrojan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*