Rəsmən: Rəykkönen karyerasını başa vurur

2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönen ilin sonunda Formula1-dən ayrılacaq və təqaüdə çıxacaq.

F-1.az xatırladır ki, finlandiyalı sürücü karyerasına 2001-ci ildə Sauber ilə başlamış və 1 il sonra McLaren-ə keçmişdi. Burada 5 mövsüm keçirdikdən sonra 2007-ci ildə Ferrari-yə transfer olunan Kimi, burada karyerasının ilk və son titulunu əldə etmişdi. Daha sonra Lotus-dan, Ferrari-dən yolu keçən Rəykkönen, son 3 mövsümdə karyerasını başladığı komandada – Alfa Romeo Sauber-də – çıxış edirdi.

İddialar var idi ki, 2007-ci ilin Dünya Çempionu ilin sonunda idmandan gedəcək. 41 yaşlı pilot xal almaq üçün mübarizə aparırdı. Nəhayət ki, veteran sürücü suallara cavab verdi və sosial şəbəkə üzərindən təqaüdə çıxacağını açıqladı.

Kimi Rəykkönen: “Bu qədər. Bu mənim Formula1-dəki son mövsümüm olacaq. Bu qərarı keçən ilin qışında almışdım. Təbii ki, asan qərar deyildi, amma bu il yeni işlərlə məşğul olmağın zamanı gəldiyini anladım.

Mövsüm davam etsə də, ailəmə, mübarizə apardığım komandalara, karyeram ərzində yanımda olanlara, xüsusən də, məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

Formula1 mənim üçün bitə bilər, amma həyatda sınamaq istədiyim çox şey var. Görüşənədək!

Hörmətlə, Kimi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*