18 Noyabr 2019, Bazar ertəsi - 06:00

Rəsmən: Okon Renault ilə idmana qayıdır

Rəsmən: Okon Renault ilə idmana qayıdır

Müəllif: Rauf Hacıyev, redaktor

16:10 - 29 Avqust, 2019

Esteban Okon gələn ildən etibarən Renault komandasında yarışacaq.

F-1.az xatırladır ki, fransalı sürücü 2017 və 2018-ci illərdə Force İndia komandasında yarışmışdı. Lakin keçən ilin sonunda komandadan göndərildikdən sonra bu il Mercedes komandasında ehtiyat sürücüsü kimi fəaliyyət göstərməyə başlayıb. Əksəriyyət 23 yaşlı sürücünün Bottası əvəzləyəcəyini düşünsə də, “gümüşü oxlar” finlandiyalı sürücü ilə müqaviləni daha bir il uzadıb. Buna görə də Okon Renault komandası ilə müqavilə bağlayıb. Beləliklə, gənc sürücü birillik fasilədən sonra 2020-ci ildə Formula1-ə qayıdacaq.

Esteban Okonun gələn il komandada Niko Hülkenberqi əvəzləyəcək. Belə olan halda, almaniyalı sürücü ya başqa seriyaya ya da başqa bir komandaya keçməlidir. Qeyd edək ki, Haas komandası təcrübəli Hülkenberqi transfer etmək istəyir.

Esteban Okon: “Renault komandasının sürücüsü olduğumçün xoşbəxtəm. Əvvəlcə Lotus və daha sonra Renault-da olmuşdum. Uzun sözün qısası, Enstounda böyümüşəm. Bu komandaya və işlilərinə bağlıyam. Mənə ilk dəfə qapı açan onlar olub. Böyük hədəfləri olan bu komandanın mənə güvənməsi qürurvericidir. Buna görə də məsuliyyətli olacam və işimə ciddi yanaşacam. Əlimdən gələni etmək üçün səbirsizlənirəm”.

Qeyd edək ki, Okon 2016-cı ildə Renault komandasının test və ehtiyat sürücüsü olub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 347
Teqlər ,
Paylaş

logo