23 Sentyabr 2019, Bazar ertəsi - 09:20

Racing Point komandası adını dəyişməyəcək

Racing Point komandası adını dəyişməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

14:00 - 04 Fevral, 2019

Racing Point komandası gözlənilənlərin əksinə, növbəti mövsümünə yeni adla başlamayacaq.

F-1.az xatırladır ki, Lourens Stroll keçən ilin yayında Force İndia komandasını aldıqdan sonra adını dəyişərək Racing Point etmişdi. Lakin bu adın müvəqqəti olduğu və növbəti mövsümündən əvvəl yenidən dəyişdiriləcəyi deyilmişdi.

İddialara əsasən komanda Lola adı ilə yarışacaqdı və idmanda tarixi olan ada sahib olacaqdı. Amma bu, mümkün olmayıb və komandanın adı Racing Point olaraq qalıb.

Qeyd edək ki, Lola komandası 60-cı və 90-cı illərdə Formula1-də olub. Komanda son dəfə 1997-ci ildə qayıtsa da, maliyyə böhranına görə sıralanma turuna belə çıxa bilməmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 182
Teqlər
Paylaş

logo