Q.Çjou: Danışıqlar gedir

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, gələcəyi hələ də müəmmalıdır.

F-1.az xatırladır ki, çinli sürücünün müqaviləsi ilin sonunda başa çatacaq. O, bu mövsüm sadəcə 5 xal toplaya bilib. Bəzi söz-söhbətlərə görə Sauber növbəti mövsüm üçün gənc istedad Teo Purşeri gətirmək istəyir.

Quanyu Çjou: “Hazırda danışıqlar gedir. Gizlədiləsi bir şey yoxdur. Həm mən, həm komanda bir-birimizdən razıyıq. İndiyə kimi debütant kimi yaxşı mövsüm keçirmirəm. Amma burada xoşbəxtəm.

Hələ dəqiq bir şey yoxdur, amma ümid edirəm ki, tezliklə yeni xəbərlər paylaşacam. Hazırda əsas hədəfim yarışlardan yaxşı xallar toplamaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*