Q.Çjou: Bakı fürsətlərdən boldur

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou Bakıdan xalla ayrılmaq istəyir.

F-1.az xatırladır ki, çinli pilot mövsümün ilk yarışı Bəhreyndən 1 xal qazandıqdan sonra qeyb olub. O, altı yarışdır ki, xal üzünə həsrətdir.

Quanyu Çjou: “Bu həftəsonunu səbirsizliklə gözləyirəm. Bakı trası fürsətlərdən boldur və görək komanda olaraq nə edirik.

Potensialımız var və hər yarış daha da güclənirik. İndi isə hər şeyi bir araya gətirib, layiq olduğumuz nəticəni qazanmalıyıq. Hər şey sıralanma turundan asılıdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*