Pirelli İtaliya Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün 15 Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə İtaliyada baş tutacaq yarış üçün təkər seçimi elan edilib.

F-1.az xəbər verir ki, İtaliyaya Medium, Soft və SuperSoft tərkibləri gətiriləcək. Bu seçim heç kimi təəccübləndirməyib – UltraSoft tərkibi sürətli Montsa üçün həddən artıq yumşaq ola bilərdi, builki Hard təkərlər isə çox sərt olduğundan, demək olar ki, istifadədən çıxarılıb. Buna görə də, Pirelli-nin bu yarış üçün təkər elanının formal xarakter daşıdığını deyə bilərik.

Soft və Medium tərkibləri yarış üçün məcburi elan ediliblər, yəni onların hər birindən ən azı bir dəst sifariş olunmalı, yarışın gedişində isə birindən mütləq istifadə olunmalıdır.

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Britaniya Qran Prisi SuperSoft Soft Medium
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi UltraSoft SuperSoft Soft
İtaliya Qran Prisi SuperSoft Soft Medium
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
Malayziya Qran Prisi SuperSoft Soft Medium
Yaponiya Qran Prisi SuperSoft Soft Medium
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*