Piastri: Daha çox dövrə vurmaq əla olardı

Bəhreyndə keçirilən üçüncü test günü McLaren üçün tam rəvan keçməyib, lakin hər iki sürücü hesab edir ki, ümumilikdə, testlər nisbətən yaxşı keçib və komanda mövsümün ilk Qran Prisinə hazırdır.

F-1.az xatırladır ki, britaniyalılar Bəhreyn testlərində ən az məsafə qət edən komanda olublar. Bunun əsas səbəbi bəzi aerodinamik elementlərin, xüsusən də ön təkər deflektorlarının həddən artıq incə düzəldilməsi və tez bir zamanda qırılması olub.

Komandanın debütantı Oskar Piastri testlərdə doyunca işləməsə də, komandanın işindən razılıq ifadə edib…

Oskar Piastri: “Testlərin üçüncü günü də başa çatdı. Səhər saatlarında maşında bir neçə problem olduğu üçün hər şey rəvan getmədi. İstədiyimdən daha az dövrə vurdum. Buna baxmayaraq, yaxşı dövrələrimiz oldu və mən hər zaman öyrənməyə davam edirəm.

Düşünürəm ki, biz yaxşı formadayıq, ilk yarış həftəsonuna hazırlaşırıq, baxmayaraq ki, daha çox dövrə vurmaq əla olardı, lakin bu, həmişə belədir. Komanda ilə qarşılıqlı əlaqə baxımından çox faydalı günlər idi və mən McLaren-ə dəstəyə görə minnətdaram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*