Petrobtas McLaren-lə ayrılıb?

Britaniya mətbuatının yaydığı xəbərə əsasən McLaren komandası Petrobras-la yollarını ayırıb.

F-1.az xatırladır ki, 64 faizi Braziliya hökümətinə aid olam Petrobras keçən il McLaren-lə çoxillik tərəfdaşlığa başladığını açıqlamışdı. Ancaq may ayında Braziliyanın prezidenti Xayr Bolsonaro beşillik müqavilənin pozulmasını istədiyini demişdi: “2018-ci ildə Petrobras McLaren-lə beşillik və 190.6 milyom dollar dəyərində müqavilə bağladı. Hazırda hökümət bu müqaviləni ləğv etməyə çalışır”.

Bu günlərdə bu mövzu yenidən gündəmə gəlib. Braziliyanın İqtisadi Nazirliyinin sənədlərində bu ortaqıığın bitdiyi barədə bildiriş yayımlanıb: “Petrobras şirkətinin McLaren Formula1 komandasıyla 163 milyon sterlinqlik lazımsız tərəfdaşlığına xitam verilib”.

Britaniya təmsilçisi bu barədə heç bir açıqlama verməyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*