P.Çabatti: Sürücüləri ayırmayacağıq

Ducati komandasının rəhbəri Paolo Çabatti bildirib ki, komandada birinci və ikinci sürücü olmayacaq.

F-1.az xatırladır ki, “qırmızılar” bu il iki italyan sürücü – keçən ilin Dünya Çempionu Françesko Banyaya və Enea Bastianini ilə yarışacaq. Onlar keçən il bəzi yarışlarda təkər-təkərə mübarizələr aparmışdılar. Bu mübarizələr isə dedi-qodulara görə Ducati rəhbərliyini narahat etmişdi.

Paolo Çabatti: “Keçən il bəzi mövzuları açıq danışmışdıq. Enea baza motosikletində yarışmaq üçün özünü isbatlamaq istəyirdi. Artıq istədiyinə yiyələnib və düşüncəsi dəyişib. Pekko ilə birlikdə işləməli olduğunu anlayır. İkisi də titul üçün bərabər mübarizə aparacaqlar.

Keçən il Eneanın motivasiyası builkindən fərqli idi. Ümid edirəm ki, yanılmıram. Amma sakit olmalıyıq, çünki Enea daha məsuliyyətli davranacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*