Ötən mövsüm rəqəmlərdə

Mübarizə başa çatsa da, mübahisələr hələ də səngiməsə də, son illərin şübhəsiz, ən maraqlı mövsümünü geridə qoyduq. Bu 22 yarışlıq uzun marafonda çox maraqlı statistik göstəricilər yaranıb. F-1.az olaraq, rəqəmlərə nəzə salırıq...

İştirakçılar

Formula1-də 2021-ci ildə 10 komanda və 21 sürücü mübarizə aparıb. 19 sürücü bütün yarışlarda iştirak ərizəsində olub, sadəcə Kimi Rəykkönen koronavirus testi pozitiv çıxdığı üçün Niderland və İtaliya Qran Prilərini buraxmalı olub. Sabiq çempionu bu yarışlarda Robert Kubitsa əvəz edib.

 

Qələbə

Bu mövsüm çıxış edən 21 sürücüdən cəmi 6-sı qələbəyə sevinib ki, onlardan sadəcə biri – Esteban Okon karyerasında ilk dəfə bu uğura imza atıb. Maks Ferstappen turboerada bir mövsüm ərzində Lyuis Həmiltondan daha çox qələbə qazanan ilk sürücü olub.

Yer N Sürücü Qələbə
1 33 Maks Ferstappen 10
2 44 Lyuis Həmilton 8
3 77 Valtteri Bottas 1
4 11 Serxio Peres 1
5 31 Esteban Okon 1
6 3 Daniel Rikkardo 1

 

Komandalarda da Red Bull əsas rəqibi Mercedes-i qələbə sayında üstələyərək turboerada bir ilkə imza atıb. Bu iki komanda xaricində, sürücüsü finiş xəttini birinci keçmiş cəmi 2 komanda var ki, Alpine komandası yeni adı ilə ilk dəfə bu uğura imaz atıb.

Yer Komanda Qələbə
1 Red Bull 11
2 Mercedes AMG 9
3 Alpine 1
4 McLaren 1

 

 

Podium

Bu il də 2020-ci ildəki kimi, podiuma yüksələ bilən sürücü sayı cəhətdən məhsuldar olub. Nə az nə çox, peletondakı 13 sürücü 2021-ci ildə bu uğura imza ata bilib və sadəcə Corc Rassell bu uğuru ilk dəfə “əldə edib”. Dırnaqda yazırıq, çünki söhbət yağışa görə baş tutmayan, Təhlükəsizlik Maşını ardınca bir neçə dövrəsi vurulan Belçika Qran Prisindən gedir. Maks Ferstappen 18 dəfə yarışı ilk üçlükdə başa vuraraq rekordu yeniləyib. Fernando Alonsonu isə uzun müddət sonra podiumda görə bilmişik.

Yer N Sürücü Podium
1 33 Maks Ferstappen 18
2 44 Lyuis Həmilton 17
3 77 Valtteri Bottas 11
4 11 Serxio Peres 5
5 55 Karlos Sayns 4
6 4 Lando Norris 4
7 3 Daniel Rikkardo 1
8 31 Esteban Okon 1
9 16 Şarl Lekler 1
10 5 Sebastyan Fettel 1
11 63 Corc Rassell 1
12 10 Pyer Qasli 1
13 14 Fernando Alonso 1

 

Podiumlar komandalar baxımından da rəngarəng olub. Belə ki, çempionatda iştirak edən 10 komandadanın 8-i bu uğuru əldə edib. Mercedes isə ənənəyə sadiq qalaraq, bu statistikadakı üstünlüyünü yenə əldən verməyib.

Yer Komanda Podium
1 Mercedes AMG 28
2 Red Bull 23
3 Ferrari 5
4 McLaren 5
5 Alpine 2
6 Aston Martin 1
7 Williams 1
8 AlphaTauri 1

 

 

Poul

Beş sürücü yarışa ən öndən başlamağa haqq qazanıb ki, Ferstappen bu göstəriciyə görə də əsas rəqibini üstələyib. Lando Norris üçün Rusiyadakı poul karyerasında ilk olub. Maraqlısı odur ki, Maksın 10 dəfə imza atdığı uğura Serxio Peres eyni maşınla heç bir dəfə də nail olmayıb…

Yer N Sürücü Poul
1 33 Maks Ferstappen 10
2 44 Lyuis Həmilton 5
3 77 Valtteri Bottas 4
4 16 Şarl Lekler 2
5 4 Lando Norris 1

 

Red Bull burada da Mercedes-i minimal üstələyib. Mercedes-in hər iki sürücüsünün müsbət statistikası birincilik üçün kifayət etməyib.

Yer Komanda Poul
1 Red Bull 10
2 Mercedes AMG 9
3 Ferrari 2
4 McLaren 1

 

 

Sürətli dövrə

Yarışı ilk onluqda başa vuran sürücülərin sürətli dövrəyə görə son illərdə əlavə 1 xal qazanması bunun əhəmiyyətini xeyli artırıb. Hətta iş ora çatmışdı ki, son yarışda sürətli dövrəyə görə çempion da bəlli ola bilərdi. Yeddi sürücü bu uğura imza atıb, lakin 3 halda – Azərbaycanda Ferstappen yarışı başa vura bilmədiyi bilmədiyi üçün, Britaniyada Peres və Meksikada Bottas ilk onluğa düşə bilmədiyi üçün əlavə xal qazana bilməyib. Belçika Qran Prisində isə heç kimin adına sürətli dövrə yazılmayıb.

Yer N Sürücü Sür. döv.
1 33 Maks Ferstappen 7
2 44 Lyuis Həmilton 6
3 77 Valtteri Bottas 3
4 11 Serxio Peres 2
5 4 Lando Norris 1
6 3 Daniel Rikkardo 1
7 10 Pyer Qasli 1

 

Red Bull və Mercedes bu göstəriciyə görə heç-heçə ediblər. McLaren-lə birlikdə bütün statistikalarda yer alan Ferrari-nin sürücüləri sürətli dövrə vurmağa nail olmasalar da, AlphaTauri bunu bacarıb.

Yer Komanda Sür. döv.
1 Mercedes 9
2 Red Bull 9
3 McLaren 2
4 AlphaTauri 1

 

 

Dövrə sayı

Çox çaşdırıcı statistikadır. Çempion olan sürücünün ilk beşlikdə olmaması çox maraqlıdır. Karlos Sayns bu sahədə hamıdan fərqlənib. Mövsümboyu cəmi 2 yarışı 11-ci tamamlayaraq xal zonasına düşə bilməsə də, 21 yarışı xalla tamamlayıb. Mövsüm 1297 dövrədən ibarət olub ki, Saynsın vurduğu dövrə sayı 1294-dür. O, sadəcə 3 dəfə – Ştiriya, Niderland və Meksika yarışlarında liderdən 1 dövrə geri qalıb.

Yer N Sürücü Dövrə Faiz
1 55 Karlos Sayns 1 294 99.77
2 44 Lyuis Həmilton 1 269 97.84
3 3 Daniel Rikkardo 1 267 97.69
4 5 Sebastyan Fettel 1 263 97.38
5 14 Fernando Alonso 1 257 96.92
6 99 Antonio Covinatsi 1 254 96.68
7 4 Lando Norris 1 223 94.29
8 33 Maks Ferstappen 1 211 93.37
9 6 Nikolas Latifi 1 191 91.83
10 11 Serxio Peres 1 186 91.44
11 18 Ləns Stroll 1 170 90.21
12 31 Esteban Okon 1 152 88.82
13 16 Şarl Lekler 1 145 88.28
14 63 Corc Rassell 1 141 87.97
15 47 Mik Şumaxer 1 135 87.51
16 77 Valtteri Bottas 1 134 87.43
17 10 Pyer Qasli 1 126 86.82
18 22 Yuki Tsunoda 1 078 83.11
19 7 Kimi Rəykkönen 1 061 81.80
20 9 Nikita Mazepin 1 008 77.72
21 88 Robert Kubitsa 123 9.48

 

Komandalarda isə bu statistika üzrə bu il üçün ənənəvi olmayan düzülüşü görürük:

Yer Komanda Dövrə
1 McLaren 2490
2 Ferrari 2439
3 Alfa Romeo 2438
4 Aston Martin 2433
5 Alpine 2409
6 Mercedes 2403
7 Red Bull 2397
8 Williams 2332
9 AlphaTauri 2204
10 Haas 2143

 

 

Qət edilən məsafə

Sayns burada da bütün sürücüləri üstələməyi bacarıb. Builki ümumi məsafə 6412 km olub ki, Sayns sadəcə dövrəvi olduğu 3 yarışdakı ümumi 13 km-lik məsafəni qət etməyib. İspan sürücü bu statistikaya görə ən yaxın izləyicisini hətta 118 km qabaqlayır.

Yer N Sürücü Km Faiz
1 55 Karlos Sayns 6 399 99.80
2 3 Daniel Rikkardo 6 281 97.96
3 44 Lyuis Həmilton 6 250 97.47
4 5 Sebastyan Fettel 6 228 97.13
5 14 Fernando Alonso 6 203 96.74
6 99 Antonio Covinatsi 6 193 96.58
7 4 Lando Norris 6 087 94.93
8 33 Maks Ferstappen 5 908 92.14
9 6 Nikolas Latifi 5 882 91.73
10 11 Serxio Peres 5 857 91.34
11 16 Şarl Lekler 5 825 90.85
12 18 Ləns Stroll 5 821 90.78
13 77 Valtteri Bottas 5 723 89.25
14 31 Esteban Okon 5 682 88.62
15 63 Corc Rassell 5 609 87.48
16 47 Mik Şumaxer 5 594 87.24
17 10 Pyer Qasli 5 543 86.45
18 22 Yuki Tsunoda 5 362 83.62
19 7 Kimi Rəykkönen 5 258 82.00
20 9 Nikita Mazepin 4 948 77.17
21 88 Robert Kubitsa 605 9.44

 

Komandaların sıralaması qət edilən dövrələrə müvafiqdir, sadəcə Mercedes burada Alpine komandasını bir qədər üstələyib.

Yer Komanda Km
1 McLaren 12368
2 Ferrari 12224
3 Alfa Romeo 12056
4 Aston Martin 12049
5 Mercedes 11973
6 Alpine 11885
7 Red Bull 11765
8 Williams 11491
9 AlphaTauri 10905
10 Haas 10542
,
  • Los Blankos
    Dekabr 20, 2021 - 05:46

    Maraqlı və son illərdəkindən fərqli bir sezon oldu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*