24 Yanvar 2019, Cümə axşamı - 00:10

N.Lauda: “Avstriya Qran Prisinin keçirilməsi Mateşiçdən asılıdır”

N.Lauda: “Avstriya Qran Prisinin keçirilməsi Mateşiçdən asılıdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:20 - 18 Dekabr, 2012

Avstriyanın ORF radiosunun efirində üçqat dünya çempionu Niki Lauda bildirib ki, Avstriya Qran Prisinin təqvimə qayıtması ilə bağlı heç bir […]

Avstriyanın ORF radiosunun efirində üçqat dünya çempionu Niki Lauda bildirib ki, Avstriya Qran Prisinin təqvimə qayıtması ilə bağlı heç bir problem görmür, amma bu yalnız çempion komandanın və avtodromun sahibi Diter Mateşiçin istəyi ilə mümkündür…

Niki Lauda: “Avstriya Qran Prisinin keçirilməsi yalnız Diter Mateşiçdən asılıdır. Əgər o bunu istəyərsə, hər şey mümkündür, amma cənab Mateşiç özü qərar verməlidir.

Əla fikirdir. Abu Dabi və ya Koreya Qran Priləri niyə keçirilir? Çünki öz ölkələrini dünyaya tanıtmaq istəyirlər, elə Avstriyaya da bu lazımdır. Siyasətçilər ancaq danışırlar, amma heç nə eləmirlər. Yaxşı olardı ki, onlar layihənin dəyəri ilə maraqlanardılar və onun maliyyələşdirilməsində iştirak edərdilər. Mateşiç nə üçün hər şeyin pulunu ödəməlidir?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər , ,
Paylaş

logo