N.Rosberq: Mercedes Dünya Çempionu olacaq

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq düşünür ki, Mercedes gələn il Dünya Çempionu olacaq.

F-1.az xatırladır ki, 2014-2021-ci illərdə rahatlıqla titulları qazanan Mercedes son mövsümdə özünə bənzəməyib. Onlar sadəcə bir qələbə qazanıblar və mövsümü üçüncü yerdə bağlayıblar.

Niko Rosberq: “Mercedes mövsüm ərzində inanılmaz dərəcədə inkişaf etdi. İlin əvvəlində Red Bull və Ferrari-yə 1 saniyə uduzurdular. Meksika və Braziliyada birdən-birə ən sürətli komanda oldular. İnanılmaz geridönüş idi. Daha sonra Əbu Dabidə geri qaldılar. Xüsusən də, sıralanma turunda. Məncə, bu bolidin düzlük sürətindən irəli gəlirdi. Bu problem həll olsa, gələn il titul qazana bilərlər.

Məncə, Mercedes gələn il də qovan tərəf olacaq. Daha sonra çempionluğa oynayacaqlar. Bunun da səbəbi bu il rəqiblər təkmilləşdiyi halda, onların problemləri həll etməsi idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*