Mixael Şumaxerin Formula3-dəki maşını satılır

Almaniyanın məşhur bazar sytlarından birində Mixael Şumaxerin 1990-cı ildə yerli Formula3 çempionatında çıxış etdiyi maşın satışa çıxarılıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü o zaman bu maşınla çempionatın qalibi olmuşdu.

Reynard-Opel-Spiess F 903-001, Michael Schumacher

MotorsportMarkt.de saytında maşının satış qiyməti göstərilməyib, amma satıcı yalnız tələb etdikdə qiymət barədə məlumat verəcəyini bildirib. Maşına sənədlər və sertifikatlar əlavə olunur. Avtomobil (Opel mühərriki olan Reynard şassisi) tam işlək vəziyyətdədir və trasa çıxmağa hazırdır.

Reynard-Opel-Spiess F 903-001, Michael Schumacher

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*