Mercedes W14 Silverstounda trasa çıxarılıb

Mercedes komandası builki bolidləri W14-ü bu gün təqdimatdan sonra Silverstoun trasına çıxarıb.

F-1.az xatırladır ki, Mercedes yeni bolidini bu gün komandanın bazasında təqdim etmişdi və təqdimatdan qısa müddət sonra bolidin Silverstounda trasa çıxarılması gözlənilirdi.

Elə də oldu. Almaniya komandası yeni bolidi Silverstouna aparıb və burada 100 kilometrlik çəkiliş günü təşkil ediblər. Bolid trasda dövrələr vurduqdan sonra Mercedes bir şəkil yayımlayıb. Şəkildə göründüyü kimi bolidi Corc Rassell sürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*