Macarıstan-2022: Həftəsonuna hava proqnozu

Budapeşt yaxınlığındakı yarış həftəsonunda hava adətən isti olur. Amma bu il də keçənilki kimi, yağıntı ehtimalı var.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, ən yüksək temperatur +34 dərəcə ilə cümə günü olacaq. Lakin axşam yağış temperaturu xeyli aşağı salacaq. Şənbə günü leysan gözlənilir. Bazar günü də nahara qədər yağıntı olacaq. Hər iki gün üçün maksimal temperatur +26 dərəcə proqnozlaşdırılıb.

Xatırladaq ki, ötən il Macarıstan Qran Prisinin bütün sessiyaları quru havada baş tutmuş, yarışın başlamasına yarım saat qalmış yağış yağmışdı. Amma startda artıq tras qurumuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*