Macarıstan-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq Macarıstan Qran Prisinin və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər Maks Ferstappen və Şarl Leklerin şanslarını demək olar ki, eyni qiymətləndirir, sadəcə olaraq, niderlandlı sürücünü cüzi də olsa daha çox şanslı görürlər. Digər sürücülərin arasında isə daha çox Saynsın qələbəsinə etimad göstərilir…

Macarıstan Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 2.37
Şarl Lekler 2.50
Karlos Sayns 6.50
Lyuis Həmilton 10.00
Serxio Peres 21.00
Corc Rassell 23.00
Fernando Alonso 126.00

 

Fransa Qran Prisinin nəticələrindən sonra hamı birmənalı şəkildə Maksın bu il də titulu əldə edəcəyinə əmindir. Onun şansları əsas rəqibi Şarldan 5 dəfə çox dəyərləndirilir….

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.17
Şarl Lekler 5.50
Lyuis Həmilton 34.00
Corc Rassell 67.00
Karlos Sayns 81.00
Sexio Peres 101.00

 

Rəqibləri ilə fərqi getdikcə artıran Red Bull da uzun müddətdən sonra Mühəndislər Kubokunu qazanmağa yaxındır. Bu, idarənin əməkdaşlarının da diqqətindən yayınmır…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.22
Scuderia Ferrari 4.50
Mercedes AMG 15.00
McLaren, Alfa Romeo 2501.00
Alpine, AlphaTauri, Aston Martin, Haas 3001.00
Williams 4001.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*