M.Vebber: Alonso müqavilə uzada bilər

Sabiq Formula1 sürücüsü Mark Vebber düşünür ki, Fernando Alonso müqaviləsini uzada bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Aston Martin-ə keçib. Onun “yaşıllar”la ikiillik müqaviləsi var.

Onun hazırda 41 yaşı var. Buna baxmayaraq Bəhreyndə əla performans göstərərək, podiuma yüksəlib. Formula1 tarixinin ən çox yarış keçirən pilotu olan Alonso belə görünür ki, daha uzun illər yarışa bilər.

Mark Vebber: “Yaşlandıqca hamımız fərqli formada böyüyürük. Həyatlarımızdakı priotetlər də dəyişir. O, 20 ildir ki, paddokdadır. Təbii olaraq debüt ilindən fərqli insandır. Amma məncə, onu xüsusi edən xarakteri dəyişməyib. O, yarışçıdır və rəqibləri ilə mübarizə aparmaq istəyir. Çox inadçıdır və bu xüsusiyyət onda həmişə olacaq.

Əlbəttə, iki ildən çox idmanqa qala bilər. Fernandonun 44 yaşına kimi yarışmasını gözardı etməyin”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*