M.Şumaxer trası kəşf etmək istəyir

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, Sinqapur trasını kəşf etmək üçün səbirsizlənir.

F-1.az xatırladır ki, almaniyalı sürücü karyerasında ilk dəfə Sinqapurda yarışacaq.

Mik Şumaxer: “Sinqapur trası xüsusidir və oraya getmək üçün səbirsizlənirəm. Sinqapura çarter reysi üçün bir dəfə getmişdim və oradan təsirlənmişdim. Trası kəşf etməyi gözləyirəm. Burada yüksək nəm olduğu üçün sürücülərə çətindir, ancaq bu da yarışın xüsusiyyətlərindəndir. Görək nə olur.

Mümkün qədər çox dövrə vuracağıq. Trası anlamağa və sıralanma turunda yaxşı performans göstərməyə, xal qazanmağa çalışacağam.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*