Kiminin NASCAR-da ilk yarışı divarda başa çatıb

Bu həftəsonu əfsanəvi Votkins Qlen avtodromunda Amerikanın ən məşhur çempionatı NASCAR-ın növbəti mərhələsi baş tutub. Həmişə olduğu kimi, yarışa bir neçə dəvət olunmuş sürücülər maraq qatıblar.

Avropadan bu dəfə yarışa 3 sürücü dəvət olunub – Kimi Rəykkönen, Daniil Kvyat və Mayk Rokkenfeller.

Kimi 27-ci yerdən start alsa da, çox sürətli olub və yarışın ortasında artıq ilk 10-luqda qərarlaşıb, bəzi dövrələrdə isə 9-cu yerə də yüksəlib. Sonuncu pitdən sonra geriləsə də, qarşısındakı sürücülərin pitindən sonra 8-ci yerə yüksəlməsi gözlənilib, amma…

Növbəti restartdan sonra Kiminin arxasında olan komanda yoldaşı Ross Çesteynin ona yüngülcə toxunması hər şey məhv edib – Kimi idarəetməni itirib və baryerlərə çırpılıb. Nəticədə sükan mexanizmi əyildiyi üçün mübarizəni davam etdirmək mümkün olmayıb.

Mayk Rokkenfeller finiş xəttini 30-ci yerdə, Daniil Kvyat isə sonuncu 36-cı yerdə keçib. Qələbəyə isə Kayl Larson sevinib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*