Kanada-2022: Həftəsonuna hava proqnozu

Monrealda həftəsonu dəyişkən hava şəraiti gözlənilir - göy guruldayacaq və yağış yağacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü gunorta hava +23 dərəcəyə qədər qızacaq, qərb küləyi əsəcək və 70% ehtimalla yağıntı gözlənilir.

Şənbə günü səhər yağış davam edəcək, lakin nahara qədər kəsiləcək. Termometrlərin şkalası maksimum +19 dərəcəni göstərəcək.

Bazar günü isə çempionatın iştirakçılasını günəşli hava və +22 dərəcə hərarət gözləyir. Yağıntı ehtimalı cəmi 5%-dir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*