K.Sayns: Təkərləri anlaya bilmirik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Portimaoda maşını idarə etmək çətindir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində 4-cü yeri tutub.

Karlos Sayns: “Bu mövsüm ən pis asfaltma ilişmə buradadır. Bəhreyn və İmolada asfaltla ilişmə daha yüksək idi. Portimaonun asfaltı çox sürüşgəndir və bolidi saxlamaq çətindir. Mənim üçün də yaxşı təcrübə oldu. Ferrari-nin belə şəraitdə necə performans göstərdiyini öyrəndim. Asfaltma ilişmə az olanda xoşlayıram. Belə şəraitdə güclü oluram. Ancaq cümə günü aldığımız nəticələr baxıb arxayınlamaq olmaz. İmolada da cümə günü daha güclü olub, şənbə və bazar zəifləmişdik. Rəqiblərimiz təkmilləşə bilərlər. Görək nə olur.

Burada təkərləri işlətmək çətindir. Medium və Soft təkərlər fərqli tərzdə işləyirlər. Xüsusiyyətləri fərqli olsa da, ikisi ilə də eyni nəticəni göstərdim. Bu, normal deyil, çünki Soft təkərlər daha sürətli olurlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*