K.Sayns Həmiltonu günahlandırır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Lyuis Həmiltonun arxasında 15 dövrə qaldığı üçün Norrisə çata bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 12-ci yerdən Medium təkərlə başalyıb və pitə gec getməklə trasa 7-ci yerdə qayıdıb. Bundan sonra Strollu keçən 27 yaşlı pilot Norrisdən sürətli olsa da, Həmiltonun arxasında ilişib qalıb. Daha sonra Həmiltondan dövrəsini geri alan Sayns, rəqibi Lando Norrisə çata bilməyib.

Karlos Sayns: “Landonu keçməyə çalışdım, amma pitdən çıxanda Həmiltonun önündə idim və keçməyinə icazə verməli oldum. 15 dövrə onun arxasında qaldım və ötməyə çalışdım. Buna qədər də ön təkərlər əridi. Vəziyyət çətin idi. Dövrəni geri almalı idim. Landoya çatmaq üçün tempimiz var idi. Amma Həmiltonun arxasındakı 15 dövrə təkərləri məhv elədi. Buna görə də 5-ci yeri əldən verdim.

Yarış tempimiz yaxşı idi. Belə bir trasda ön təkərlərlə bağlı problem yaşamadıq. Həmiltonu keçən kimi Peres qədər tempimiz oldu. Buna görə sevinirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*