K.Rəykkönen: V6 motorlarla sürmək həzz verir

Formula1 üzrə 2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönen düşünür ki, V6 hibrid motorlarla sürmək həzz vericidir.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1 karyerası ərzində V10, V8 və V6 hibrid motorlarla sürüb və hər üç mühərriklə qələbə qazanan yeganə pilotdur.

Kimi Rəykkönen: “Əslində V6 Hibrid mühərriklərdən həzz aldım. 2014-cü ildə bu mühərriklər idmana gələndə Ferrari çox zəif idi. Ancaq ikinci il hər şey çox inkişaf elədi. Bu motorları sevirəm, çünki çox səs-küylü deyillər. Onlarla işləmək həzz verir. Məsələn, testlərdə elə bərk səs-küy olmur və boksda rahatlıqla danışa bilirik. Hibrid dövrünün əvvəli qəribə olsa da, onlarla sürmək çox yaxşıdır.

Hələ də qulağımıza tıxac qoyuruq. Çünki səs hələ də çox güclüdür. Hazırda səs azalsa da, ciddi fərq yoxdur. Məncə, hələ də V10 motorlarla yarışa bilərdik. Komandalar başqa yollarla pula qənaət edərdilər. Nəticə elə də dəyişməzdi. Bəzən düzgün dəyişikliklər edilmədi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*