24 Oktyabr 2019, Cümə axşamı - 08:29

K.Rəykkönen az qala ilk yarışını buraxacaqmış

K.Rəykkönen az qala ilk yarışını buraxacaqmış

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 31 Dekabr, 2018

Formula1 üzrə 2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönen 2001-ci ildə Melburndakı debüt yarışına az qala qatıla bilmirmiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1 karyerasına başlamamışdan əvvəl təkoturacaqlı maşınlarla cəmi 23 yarışa çıxıbmış.

Sauber komandasının sabiq fizioterapevti Yosef Leberer 39 yaşlı sürücünün ilk yarışından əvvəl nə yaşadığını danışıb: “Yatırdı. Ona dedim ki, dur bir neçə dəqiqədən sonra ilk yarışına çıxacaqsan. O isə mənə beş dəqiqə də yatım dedi. Daha əvvəl belə şey görməmişdim. Sonra da görmədim. Çox sakit idi. Rola girməmişdi və çox təbii idi. Bir neçə dəqiqə yatmağına icazə verdim”.

Qeyd edək ki, Rəykkönen debüt etdiyi Avstraliya Qran Prisinin sıralanma turunda 13-cü olmuş, yarışda isə 7-ci yeri tutmuşdu. Amma yarışdan sonra Olivye Panisin 25 saniyəlik cəza alması ilə 6-cı yerə yüksələrək debüt yarışında ilk xalını qazanmışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 352
Teqlər
Paylaş

logo