K.Horner: Vassyör bacarıqlı mütəxəssisdir

F-1.az xəbər verir ki, Horner Ferrari-də baş vermiş rəhbər dəyişikliyi barədə fikirlərini bölüşüb.

Kristian Horner: “Ferrari-də nələrin dəyişəcəyini görmək maraqlı olacaq. Mattiaya rəğbət bəsləyirəm, çünki o, keçən mövsüm həqiqətən yaxşı iş gördü. 2021-ci illə müqayisədə Ferrari həqiqətən də irəliyə doğru böyük bir addım atdı. Şübhəsiz ki, Ferrari-də bu qədər il keçirdikdən sonra və komandada nə qədər əziyyət çəkdiyini nəzərə alsaq, onun üçün ayrılmaq asan olmadı.

Yeni liderə gəlincə, Vassyör Sauber-in rəhbəri olarkən maraq göstərdiyi iclaslarda eyni məsələləri qaldırıb-qaldırmayacağı maraqlıdır. Hər halda, bu, çox bacarıqlı mütəxəssisdir. Onun işini izləmək maraqlı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*