K.Çandhok: Vavlsın təyini hamını təəccübləndirdi

F-1.az xəbər verir ki, keçmiş Formula1 pilotu Karun Çandhok Williams-ın rəhbəri postuna Ceyms Valvlsın təyininatı ilə bağlı fikirlərini bölüşüb.

Karun Çandhok: “Düşünürəm ki, bu, padokdakıların çoxunu təəccübləndirdi. Çünki lider mövqeyində olan birinin komandadan ayrılmasına çox nadir hallarda rast gəlinir. Ceyms bunu etdi, bu onun üçün çox xoşdur.

Düşünürəm ki, bu, Williams tərəfdən baxsaq, yaxşı addımdır. Etiraf etməliyəm ki, əvvəllər heç vaxt bu rolda olmamış, lakin mühəndislik təcrübəsi olan və yüksək səviyyəli komandada işləyən birini gətirmək üçün cəsarətli addım atmalarını alqışlayıram. Düşünürəm ki, o, texniki bilikləri və komandanın strukturu ilə bağlı yeni anlayışlar gətirə biləcək, bəlkə də Williams son zamanlar buna sahib deyildi. Üstəlik, o, ağıllı adamdır. Biz hamımız Ceymsi tanıyırıq – onun əla iş etikası var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*