İmolada paddok və boksların yenilənməsi davam edir

Əfsanəvi tras mayın ikinci hissəsində F1-ə ev sahibliyi edəcək, lakin aparılan yenidənqurma işlərində ləngimələr var.

F-1.az xəbər verir ki, buna görə də, iş sürətləndirilmiş templə aparılır və Emiliya Romanya Qran Prisi üçün hər şey hazır olmalıdır. Avropa Le Man Seriyasının (ELMS) ikinci mərhələsi bu trasda mayın 5-7-də baş tutmalı idi, amma yarış gözlənilmədən ləğv edilib.

Bu barədə Dailysportscar.com məlumat yayıb və əlavə edib ki, mayın əvvəlində İmolada böyük beynəlxalq yarışların keçirilməsi sadəcə olaraq təhlükəli olardı. ELMS təşkilatçıları yarışlarını başqa trasa keçirmək üçün imkanlar axtarırlar. Mərhələnin təxirə salınması xəbəri ELMS üçün dəstək yarışları kimi keçirilən Michelin Le Mans Cup və Ligier European Series kimi seriyaların təqvimlərinə də təsir edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*