Haas-ın hədəfi podiumdur

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bəxtləri gətirsə, bu il podiuma çıxa bilərlər.

F-1.az xatırladır ki, Amerika komandası bu il Formula1-dəki 4-cü mövsümünü keçirəcək. Komandanın bu müddətdə qazandığı ən yaxşı nəticə 2016-cı ilin Bəhreyn yarışıındakı 5-cilikdir.

Günter Ştayner: “Bu, bir xəyaldır. Əgər bunu bacara bilsək, gözəl olar. Keçən il Bakıda qəza etməsəydik, buna nail ola bilərdik. Ümid edirəm ki, bu il alınar. Keçən il bəxtimiz gətirmədi. Bəlkə vəziyyət dəyişər və bəxtimiz gətirər. Amma hər şey qaydasında getsə, üç böyük komandadan başqa heç kəs podiuma çıxa bilməyəcək. Bəzən yarışda qarışıqlıq olar və buna nail olarsınız. Bunun üşün isə ən sürətli 4-cü komanda olmalısınız”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*