Haas daha gənc pilotları dəvət etmək istəmir

İki il əvvəl - 2021-ci il üçün Haas komandası iki debütantla müqavilə bağlamaqla, sürücü heyətini tam yeniləmişdi.

F-1.az xəbər verir ki, komanda ilk mövsümdə gənc və perspektivli sürücülərin təcrübə qazanaraq 2022-ci ildə nəticə verməyə başlayacağını gözləyirdi, lakin bu plan baş tutmayıb.

Bu mövsüm Haas-ın iki təcrübəli pilotu var – Kevin Maqnussen və Niko Hülkenberq və komandanın rəhbəri Günter Ştayner artıq gənc sürücülərlə test keçirməyə hazır deyil.

Günter Ştayner: “Hazırda yeni başlayanlar üçün iştahımı itirmişəm. Məndən soruşsanız, cavab verəcəyəm ki, indi komandaya təcrübəli sürücüləri dəvət edəcəyik, çünki debütantla risk həmişə olur. Təbii ki, heyrətamiz istedadı kəşf etmək şansı da var, lakin hazırda komandanı irəli aparacaq təcrübəli sürücülər lazımdır.

Haas hələ də Formula1-in ən gənc komandasıdır. Rəqiblər daha da yaxşılaşır və biz onlara yetişməliyik. Bunun ən yaxşı yolu, nə edilməli olduğunu bilən insanları dəvət etməkdir. Bunlar isə sadəcə Nikoda olduğu kimi orta qrup komandalarında böyük təcrübəyə malik sürücülərdir. Biz onun təcrübəsindən istifadə etməyə, məsləhətlərinə qulaq asmağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*