G.Ştayner Maqnussendə səhv görmür

Haas komandasının rəhbəri Günter Ştayner sonuncu Macarıstan yarışında müdafiəsinə görə xəbərdarlıq alan Maqnusseni müdafiə edib.

F-1.az xatırladır ki, danimarkalı sürücü Rikkardo ilə 13-cü yer uğrunda mübarizə apararkən əylənmə zonasında yön dəyişdirmiş, avstraliyalı sürücü rəqibinin bu hərəkətini şikayət etmişdi. Buna görə də stüardlar Haas komandasına xəbərdarlıq göndəriblər.

Günter Ştayner: “Yarış nəzarətçiləri bizə dedi ki, əylənmə zonasında yer dəyişdirməsin. Bunu edən başqa sürücülər də var və cavabımız məlumdur. 13-cü yer uğrunda maraqlı mübarizə getdi və televiziya qarşısında oturanlar maraqlı mübarizəyə şahidlik etdilər.

Cəza almağı nəzərə almışdıq. Çünki yarışmaq üçün buradayıq və təhlükəli vəziyyət yox idi. Mübarizənin mənası olmasa da, yaxşı yarışdılar. Rikkardo məyus olsa da, Kevin səhv hərəkət etmədi. Hamı kimi yerini qorumağa çalışırdı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*