Fransa Qran Prisi: Qələbə Lorensonu çempionatda liderliyə yüksəldib

Sonuncu dünya çempionu Fransa Qran Prisində inamlı qələbə qazanıb. Mövsümdə ikinci qələbəsindən sonra Xorxe çempionatda liderliyə yüksəlib. Valentino Rossi Yamaha-ya qələbə dublu yaşadıb, Mark Markes isə yıxıldıqdan sonra yarışı 13-cü yerdə başa vura bilib.

F-1.az xəbər verir ki, Xorxe Lorenso bütün yarış boyu özünə rəqib tanımayıb. İspaniyalı sürücü poulun üstünlüyünü uğurla reallaşdıraraq finişədək liderliyini qoruyub saxlayıb.

Yarışın əvvəlində lideri Ducati sürücüləri haqlamağa çalışıblar. Amma əvvəlcə ikinci olan Andrea Yannone yıxılıb, bir qədər sonra isə onun komanda yoldaşı və adaşı Dovitsiozo. Maraqlıdır ki, Dovinin arxasında eyni döngədə Mark Markes də yıxılıb.

Qeyd etmək lazımdır ki, bu cütlüyü yıxılmamışdan əvvəl Valentino Rossi keçib. Amma Doktor komanda yoldaşının tempində yarışı davam etdirə bilməyib və finişdə onları 10 saniyə ayırıb.

Markes yıxıldıqdan sonra yarışa qayıda bilib, amma damalı bayrağı 13-cü görüb və çempionatda liderliyi Lorensonya təhvil verib.

Yamaha sürücülərinin arxasında finiş xəttini Maverik Vinyales keçib – ispaniyalı sürücü premyer liqada ilk podiumunu qazanıb. İlk altılığı tamamlayan Esparqaro qardaşlarını qabaqlayan Dani Pedros finişdə dördüncü olub.

Dünya çempionatının növbəti mərhələsi mayın 22-də Mucelloda keçiriləcək…

Yer Sürücü Komanda Motosiklet Zaman/Fərq Dövrə
1 Испания Xorxe Lorenso Movistar Yamaha MotoGP Yamaha YZR-M1 43:51.290 28
2 Италия Valentino Rossi Movistar Yamaha MotoGP Yamaha YZR-M1 + 0:10.654 28
3 Испания Maverik Vinyales Team Suzuki ECSTAR Suzuki GSX-RR + 0:14.177 28
4 Испания Dani Pedrosa Repsol Honda Team Honda RC213V + 0:18.719 28
5 Испания Pol Esparqaro Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 0:24.931 28
6 Испания Aleş Esparqaro Team Suzuki ECSTAR Suzuki GSX-RR + 0:32.921 28
7 Италия Danilo Petruççi Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 + 0:38.251 28
8 Испания Hektor Barbera Avintia Racing Ducati Desmosedici GP14 + 0:38.504 28
9 Испания Alvaro Bautista Aprilia Racing Team Gresini Aprilia RS-GP + 0:48.536 28
10 Германия Ştefan Bradl Aprilia Racing Team Gresini Aprilia RS-GP + 0:54.502 28
11 Ирландия Yucin Laverti Aspar Team MotoGP Ducati Desmosedici GP14 + 1:02.677 28
12 Франция Loris Bas Avintia Racing Ducati Desmosedici GP14 + 1:07.658 28
13 Испания Mark Markes Repsol Honda Team Honda RC213V + 1 dövrə 27
 Brədli Smit Monster Yamaha Tech 3 Yamaha YZR-M1  – 19
 Cek Miller Estrella Galicia 0.0 Marc VDS Honda RC213V 17
 Andrea Dovitsiozo Ducati Team Ducati Desmosedici GP16 15
 Andrea Yannone Ducati Team Ducati Desmosedici GP16 11
Испания Tito Rabat Estrella Galicia 0.0 Marc VDS Honda RC213V 7
 Kel Kratçlou LCR Honda Honda RC213V 6
 Yonni Hernandes Aspar Team MotoGP Ducati Desmosedici GP14 6
 Skott Reddinq Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 5

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*