F.Tost: “Şikayət etməkdənsə işləsinlər”

Toro Rosso komandasının rəhbəri Frants Tost törəmə komandaları tənqid edən həmkarlarına sərt cavab verib.

F-1.az xatırladır ki, Haas və Alfa Romeo komandaları Ferrari-nin, Toro Rosso isə Red Bull-un törəməsidir. Lakin Toto Volff, Siril Abitebul, Bob Förnli və Zek Braun bu vəziyyətdən narazıdırlar.

Frants Tost: “Əgər istehsalçı bir komanda kiçik komandaların ondan sürətli olmalarından şikayətlənirsə, deməli ev tapşırığını yaxşı yerinə yetirməyiblər. Biz keçənilki ötürmələr qutusundan, arxa və ön asılqanlardan istifadə edirik. Lakin Honda bizə mükəmməl mühərrik verdiyi üçqn güclüyük. Rəqiblərimiz isə yaxşı işləməyiblər. Buna görə də şikayət etməsinlər. İşləsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*