F.Tost: Ralf çempion ola bilərdi

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Ralf Şumaxer doöru zamanda doğru yerdə olsa, Dünya Çempionu ola bilərdi.

F-1.az xatırladır ki, Tost 1999-2004-cü illərdə Williams-BMW komandasında Ralf Şumaxerlə işləmişdi. Bundan başqa onların yolu aşağı seriyalarda da kəsilmişdi.

Frants Tost: “Ralf çox sürətli və istedadlı idi. Hər şeyi tez öyrəndi və tətbiq etdi. Karyerasının əvvəlində Yaponiya formula Nipponda qalib gəlmişdi və bu çox önəmli idi. Çox keyfiyyatlı çempionat idi və avropalıların qazanması demək olar mümkünsüz idi.

Onunla Yaponiyaya getdik, amma oranı sevmədi. İkiillik müqaviləsi va ridi və ona dedim ki, ilk mövsümdə titulu qazansan, bu müddəti qısalda bilərik. O da bunu etdi.

1996-cı ildə McLaren Mercedes-i tet edərkən bəxti gətirmədi. Good Year təkərləri ilişmişdi. Ralf o vaxtlar Bridgestone ilə testlər edirdi. Orada dedi ki, Good Year yenilik gətirməsə, Bridgestone-a uduzacaqlar. Dediyi oldu. Bu da onun həssaslığını göstərirdi.

Formula1-ə gəldikdə isə Xuan Pablo montoya və Censon Batton kimi güclü və sürətli komanda yoldaşları oldu. Onlara qarşı mübarizə apardı.

Əsl problemi? Doöru zamanda doğru yerdə olmadı. Yoxsa qardaşı kimi titullar qazanardı. İki ciddi qəza yaşadı və bu onun sürətini öldürdü. Birincisi 2003-cü ildə Montsada test edərkən, ikincisi isə 2004-cü ildə İndianapolisdə olmuşdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*