F.Tost: Hər şey Yukidən asılıdır

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Yuki Tsunoda gələn il komandada qala bilər.

F-1.az xatırladır ki, yaponiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. 22 yaşlı pilot qeyri-stabil çıxışı ilə diqqət mərkəzindədir. Buna görə də onun komandadakı gələcəyi müəmmalıdır.

Frants Tost: “Yuki inkişaf etsə və qəzalardan qaçsa, komandada qalma şansı yüksəkdir. Hər şey ondan asılıdır. Yaxşı olsa, qalacaq. Pis olsa, gedəcək. Hər şey bu qədər sadədir.

Silverstounda iki sürücümüzün təması komandaya təsir etdi. Yeddinci və səkkizinci yerdə gedirdik, amma Yuki səbirsiz davrandı. Pyeri keçmək istədi və bolidin arxasını itirərək, qəza yaratdı. Yarışdan sonra Yukini ofisimə çağırdım və bunun doğru olmadığını, səbirli davranmalı olduğunu dedim. Təbii ki, bu komanda yoldaşları arasında ilk təmas deyil və sonuncu olmayacaq. Ancaq ümid edirəm ki, təkrarlanmaz.

Əslində problemli uşaqları sevirəm, çünki onlardan bir şey yaratmaq olur. Yuki orada səhv etdi və bunu bilir. Bir də təkrarlamayacaq. Hələ inkişaf mərhələsindədir. Çox sürətlidir və öz yolunu yaradacaq. Ona vaxt verməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*