F.Massa: “Qayıtmağımda azarkeşlərin böyük rolu oldu”

Williams ilə birillik müqavilə imzalayaraq idmana qayıdan Felipe Massa bildirib ki, bunda onu dəstəkləyən fanların böyük təsiri olub.

F-1.az xatırladır ki, Felipe Massa 2016-cl ilin sentyabr ayında təqaüdə çıxacağını açıqlamış və mövsümün sonunda karyerasını bitirmişdi. Amma Valtteri Bottasın Mercedes-ə transferindən sonra Williams braziliyalını yenidən komandaya qaytarıb.

Felipe Massa: “Rosberqin gözlənilməz təqaüd qərarından sonra hər şey yerindən oynadı. Mətbuatda qayıdacağımla bağlı çıxan xəbərlərdən sonra fanlarım mənə yazaraq, bunu etməli olduğumu dedilər. Mən də onları məyus etməmək qərarına gəldim. Daha sonra Kler Uilyamsdan mənə zəng gəldi və mən də onun təklifini qəbul etdim.

Lənsi uzun müddətdir tanıyıram və onunla yarışmaq üçün səbirsizlənirəm. Aşağı kateqoriyalarda göstərdiyi performansla nəyə qadir olduğunu bəyan edib və hazırda ən yüksək yerdədir. Yaxşı performans göstərəcəyinə inanıram.

Lənsin yaşı az olsa da, Williams komandasının tarix ərzində gənc sürücülərlə uğurlu olduğunu bilirik. Buna görə də narahat deyilik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*