F.Alonso: Şumaxerə hörmət etməliyik

Formula1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso əzəli rəqibi Mixael Şumaxerin ünvanına təriflər yağdırıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Formula1-də 2001-ci ildə debüt etmiş və 2006-cı ildə Mixael Şumaxerlə çempionluq uğrunda mübarizə aparmış və sonda qalib gələn tərəf olmuşdu.

Fernando Alonso: “Mixael bu idmanın əfsanəsidir. 2001-ci ildən 2004-cü ilə qədər ondan çox şey öyrəndim və daha sonra 2005, 2006-cı illərdə Mixaellə təkər-təkərə mübarizə apararaq, çempion oldum. Mixaelə digər sürücülərdən daha çox hörmət etməliyik. Onunla təkər-təkərə mübarizə aparmaq, gözəl anlar yaşamaq və əlini sıxmaq… Belə anlardan həzz alırdım, çünki trasda mübarizə aparırdıq, amma qırmızı dəbilqənin içində bir insan var idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*