F.Alonso: Şumaxer kimi olmadığım üçün sevinirəm

Aston Martin komandasının sürücüsü Fernando Alonso idmana qayıdanda 100 faizlik performans göstərə bilməməkdən qorxub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ilin sonunda Formula1-dən getmiş və 2021-ci ildə geri qayıtmışdı. Buna baxmayaraq, o yaxşı performans göstərmiş və hətta Qətər yarışında podiuma yüksəlmişdi.

Keçmişdə idmandan ayrılıb sonra yenidən qayıdan bəzi sürücülər üçün işlər qaydasında getməmişdi. Mixael Şumaxer 2006-cı ildə gedib, 2010-cu ildə qayıdanda zəif performans göstərmiş və Niko Rosberqə məğlub olmuşdu.

Fernando Alonso: “Mixaelin qayıdışını xatırlayıram. Qayıdanda zəif idi. Ən azından belə hiss etmədim.

Özümə inanırdım, amma yüksək səviyyədə yarışacağıma əmin deyildim. Keçən il ən yaxşı səviyyəmdə deyildim. Buna görə narahat oldum. Bəzi çətinlikləri dəf etməli idim. Lakin bu il tam gücümdə idim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*