F.Alonso Bəhreyndə Formula1-ə qayıdır

Keçən il Formula1 karyerasını bitirmiş Fernando Alonso gələn həftə Bəhreyndəki mövsümiçi testlərdə McLaren-in sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün MCL34-ü sürəcəyi əvvəldən məlum idi. Nəhayət ki, gözlənilən baş tutub və Alonso Bəhreyndəki testlərdə yenidən Formula1-ə qayıdacaq. 37 yaşlı sürücü testlərin hər iki günündə də iştirak edəcək. Fernando ilk gün komandaya tək kömək edəcək, ikinci gün isə nahardan sonra sükan arxasında olacaq. Alonso Əbu Dabidəki mövsümsonu testlərində də iştirak edə bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*