E.Okon 5 kiloqram kökəlmək istəyir

Force İndia komandasının yeni sürücüsü Esteban Okon bu il üçün fəlsəfəsini açıqlayıb - Yaxşı hazırlaşa bilməsən, uğursuzluğa hazır olmalısan.

F-1.az xatırladır ki, bu il Formula1-də yeni qaydalar tətbiq olunacaq və buna görə də bolidlərin 4-5 saniyə sürətli olması gözlənilir. Eyni zamanda sürücülər üzərinə daha çox fiziki yük düşəcək.

Okon bu il gördüyü işin zirvəsində olmaq üçün məşqlərinə davam edəcəyini deyib. Fransalı bildirib ki, yeni bolidlər sürücülərdən daha çox güc tələb etdiyi üçün bədəninə 5 kq əzələ əlavə edəcək: “Məşqlərə tətillərdən sonra başlaya bildim və bu bir az gecdir. Həftədə 5 dəfə ağırlıqlarla və qaçış stendində məşq etdim, çünki qaçış stendində yaralanma riski daha azdır. Amma fevralın sonunda Barselonada keçiriləcək testlərdən əvvəl formada olmalı və bədənimə 5 kq əzələ əlavə etməliyəm.

Bolidlər dövrə başına 4-5 saniyə sürətlənəcək və buna görə də sürücülərin işləri çətinləşəcək. Keçən il son yarışlarda sürücülərlə bu barədə çox danışdıq. Testlər başladıqdan sonra sürücülərin çoxu çətinlik çəkəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*