11 Dekabr 2018, Çərşənbə axşamı - 04:12

D.Rikkardo Ferrari-ləri qabaqlamaq istəyir

D.Rikkardo Ferrari-ləri qabaqlamaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

16:37 - 16 Aprel, 2016

Çində sıralanma turunda 2-ci yeri tutan Daniel Rikkardo düşünür ki, yarışda da Ferrari komandasının sürücülərini arxasında tuta biləcək…

F-1.az xatırladır ki, sıralanma turunda Daniel Rikkardo gözlənilmədən Ferrari sürücülərini geridə qoyaraq, ikinci yeri tutub.

Daniel Rikkardo: “Bu gün bizə cəsarət verdi. Tək dövrədəki tempimizi yarışda da göstərə bilsək, rəqabətədavamlı olarıq.

Yarışda daha yaxşı oluruq. Ümid edirəm ki, Ferrari ilə yarışa bilərik. Niko Soft təkərlərlə başlayacaq və vəziyyəti yaxşıdır. Ona görə də podium uğrunda mübarizə aparsaq, əla olar”.

Rikkardo 2014-cü ildəki Çin QP-dən sonra ilk dəfə yarışa ikinci yerdən start alacaq.

Daniel Rikkardo: “Hələ bir neçə yarış geridə qalıb, ancaq indiyə kimi gözlədiyimizdən yaxşı çıxış etdik və hər şeydən maksimumu çıxardıq.

Quru trasda ikinci yer yaxşı nəticədir və bu göstərir ki, biz 2015-ci ildən bəri inkişaf etmişik.

Belə davam etməliyik, ancaq yenidən burada olmaq əla hissdir.

Bunun sadəcə bir sıralanma turu olduğunu bilirəm, amma biz istəyirik ki, yarışdan sonra da burada olaq.

Dünənki balans probleminə görə inanmırdıq ki, öndəki qrupla mübarizə apararıq. Ancaq üçüncü seansda bolidin performansı artdı. SuperSoft təkərləri nəzarətdə saxlamaq çətin idi. Dövrələr keçdikcə, əriyirdi.

Mükəmməl oldu. Bunu gözləmirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 223
Teqlər , ,
Paylaş

logo