Çin Qran Prisi əvəzlənməyəcək?

Gələn mövsümünün rekord sayda - 24 yarışdan ibarət olması planlaşdırılırsa da, keçən həftə Çin yarışının baş tutmayacağı məlum olub.

F-1.az xəbər verir ki, Avropa mətbuatında bir neçə əvəzetmə variantı müzakirə olunusa da, bunun reallaşmaması ehtimalı böyükdür.

Artıq bir neçə ölkə Çin Qran Prisini əvəz etməkdə maraqlı olduğunu bildirib, lakin indiyədək heç kimlə danışıqlar aparılmayıb. Portimao trası mətbuatda namizədlər arasında qeyd olunur, lakin eyni tarixlərdə bu Portuqaliyada WEC-in mərhələsinin keçirilməsi planlaşdırılır. FİA-nın da belə bir vaxtda Formula1-in Portuqaliyaya gəlməsi üçün razılıq vermə ehtimalı azdır.

Bundan əlavə, yarışın Portimaoda keçirilməsi logistika baxımından tam məntiqli görünmür – Melburndan sonra Formula1 Avropanın qərbinə, oradan isə şərqə doğru Bakıya getməli olacaq. Ola bilsin ki, Azərbaycan Qran Prisi Çin Qran Prisinə ayrılmış vaxta keçirilsin, lakin yarışın promouterlərinin buna razı olub-olmayacağı açıq sual olaraq qalır.

Formula1-də bütün mövcud variantlar sakit şəkildə araşdırılır. Bununla belə, sözügedən vaxta cəmi dörd ay qalıb və yeni bir yarışın təqvimə girməyəcəyi ilə bağlı söhbətlər getdikcə daha yüksəkdən səslənir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*