C.Stüart: “Həmilton əfsanə deyil”

Əfsanəvi sürücü Ceki Stüart bildirib ki, Həmilton idman tarixinin digər əfsanələri kimi istedadlı deyil.

F-1.az xatırladır ki, Formula1-də 13-cü mövsümünü keçirən qaradərili sürücü indiyə kimi 5 Dünya Çempionluğu və 75 yarış qazanıb. Lakin Stüart hesab edir ki, Lyuis doğru vaxtda Mercedes-ə keçdiyi üçün bəxti gətirib: “Lyuis arxasında dəstəyi olan bəxtəvər oğlandır. Mercedes-ə doğru zamanda keçdi. Təbii ki, o, yaxşı sürücüdür. Bəs Fetteldən, Alonsodan, Prostdan, Klarkdan, Sennadan, Şumaxerdən və ya Stüartdan güclüdürmü?

Bu il altıncı çempionloğunu qazanmaq şansı var. Çünki digər komandalar Mercedes kimi güclü və etibarlı deyil. Qalib gəlmək üçün sürətli olmaq bəs eləmir. Etibarlılıq da lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*